Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Aran Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Nümunəvi dərs müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, təhsil müəssisəsində baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınmasından ötrü profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu istiqamətdə aparılan işlərdən, müxtəlif maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.

Nümunəvi dərsdə FHN-in əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar və videoçarxlar nümayiş etdirilib.

İnteraktiv formada keçən tədbirdə suallar ətraflı cavablandırılıb.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu