
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN-in Cənub Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Aztelekom” MMC-nin Cənub Regional filialında tədbir keçirilib.
Tədbirdə Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri, “Aztelekom” MMC-nin Cənub Regional filialının kollektivi və filialın tabeliyində fəaliyyət göstərən müvafiq rayon şöbələrinin məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini vurğulayaraq, təsdiq olunmuş tədbirlər planının icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb, şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat veriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları diqqətə çatdırılıb.

















