Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Mülki müdafiə qoşunlarında stolüstü tennis yarışı keçirilib

24-25 fevral 2025-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında (MMQ) 2025-ci ilin hazırlıq planına əsasən MMQ üzrə stolüstü tennis çempionatı keçirilib.

Çempionatda 10 komandadan 40 nəfər əməkdaş iştirak edərək öz qüvvəsini sınayıb. Yarışın baş hakimi Kamran Əliyev olub.

Tədbirin mükafatlandırma mərasimində çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünya miqyasında idman mərkəzlərindən birinə çevrilməsindən, idmançılarımızın qazandığı möhtəşəm uğurlardan danışıblar. Həmçinin, idmanın stolüstü tennis növünün gənclərin asudə vaxtlarını səmərəli keçirməsində əhəmiyyəti qeyd edilib, müxtəlif yarışlarda MMQ-nin təmsilçilərinin qazandığı yüksək nailiyyətlərdən söz açılıb.

İki gün davam edən yarışda Lənkəran komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci yerə, Quba komandası ikinci yerə, Qəbələ komandası isə üçüncü yerə layiq görülüb.

Şəxsi yarışlarda 1-ci yerə Qəbələ komandasının zabiti leytenant Elşən Təlifov, 2-ci yerə Bakı komandasının polkovnik-leytenantı Emil Britvin, üçüncü yerə isə Quba komandasının hərbi qulluqçusu çavuş Osman Arginski sahib olub.

Qaliblər kubok, diplom və medalla mükafatlandırılıb, fəxri fərmanla təltif olunublar.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu