Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in regional mərkəzlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin  regional mərkəzlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbirlər keçirilib. 

Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbirlərdə görkəmli tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi, Dahi Rəhbər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı misilsiz roldan, milli dövlətimizin formalaşmasında əvəzsiz xidmətlərindən bəhs edilib.

Diqqətə çatdırılıb ki, ömrünü xalqına həsr etmiş Ümummilli Lider bütün potensialını - bilik və bacarığını rəhbərlik etdiyi dövlətin güclənməsinə, ölkəsinin çiçəklənməsinə yönəltmişdi. Onun müdrik rəhbərliyi sayəsində Azərbaycan xalqı məhv olmaq təhlükəsindən qurtuldu, yüksək səviyyəli rifaha qovuşdu. Dahi Rəhbər Heydər Əliyev tərəfindən yüksək səviyyədə hazırlanaraq həyata keçirilmiş mükəmməl dövlət quruculuğu konspesiyası nəticəsində Azərbaycan Respublikası beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildi, ölkəmiz böhrandan çıxaraq çiçəklənmə yoluna qədəm qoydu.

Ulu Öndərin mütərəqqi siyasətinin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan regionun qüdrətli dövlətinə çerilib, ölkəmizdə bütün sahələrin paralel inkişafı yüksək səviyyədə təmin edilib. Onun müdrik rəhbəriyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər nəticəsində ərazilərimiz düşmən tapdağından azad edilib, 2023-cü ilin sentyabrında həyata keçirilmiş, cəmi 23 saat davam etmiş lokal xarakterli antiterror tədbirlərindən sonra dövlət suverenliyimiz tam bərpa olunub.

Tədbir iştirakçıları qeyd ediblər ki, Ulu Öndərin şah əsəri olan, cənab Prezident tərəfindən qüdrətli dövlətə çevrilmiş çiçəklənən Azərbaycan Respublikasının vətəndaşları Dahi Rəhbərin əziz xatirəsini daim uca tutacaq, qəlblərində yaşadacaqlar.

Çıxışlardan sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmlər izlənilib.

Digər tədbirlər

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu