Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib (foto)

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib (foto)

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd nəqliyyat qəzaları zamanı xilasetmə işinin təşkili və aparılması qaydaları, o cümlədən deformasiyaya uğramış nəqliyyat vasitələrindən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış nəqliyyat vasitəsindən “zərərçəkmişləri xilas edərək” onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Digər tədbirlər

Qaynar xətt
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya
Elmi-texniki Jurnalı akademiya
Tibb Xidmeti

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu