Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN Təhsil və tibb müəssisələrinin psixoloqları üçün seminar keçirib

FHN Təhsil və tibb müəssisələrinin psixoloqları üçün seminar keçirib

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu Gənclər Evində “Fövqəladə hallar zamanı ilkin psixoloji yardımın göstərilməsi” və “Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları” mövzusunda seminar keçirilib.

Seminarda FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi, Tibb Xidməti və Bakı Regional Mərkəzinin əməkdaşları iştirak ediblər.

Bakı şəhərini əhatə edən təhsil və tibb müəssisələrinin psixoloqları üçün keçirilən seminarda əsas məqsəd bu müəssisələrdə fəaliyyət göstərən psixoloqların ekstremal şəraitdə işləmə vərdişlərinin artırılması, eyni zamanda qarşılıqlı peşəkar fəaliyyətin qurulması olub.

Tədbiri giriş sözü ilə açan FHN-in Bakı Regional Mərkəzi rəisinin müavini mayor Vüsal Məmmədzadə seminarın əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.

Sonra çıxış edən Nazirliyin əməkdaşları tərəfindən “Psixoloji travma”, “Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları”, “İlkin psixoloji yardımın göstərilməsi” mövzularında seminar iştirakçılarına ətraflı məlumat verilib.

İnteraktiv müzakirələr fonunda davam edən seminarda iştirakçıların sualları cavablandırılıb.

Digər tədbirlər

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu