Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 dekabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı evdə tavanın yanar konstruksiyaları 15 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

30 dekabr 2011-ci il, saat 17:00-dək

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

30 dekabr 2011-ci il, saat 09:00-dək

Qəbələ rayonu ərazisində, Qəbələ-İsmayıllı avtomobil yolunda “Ford” markalı yük avtomobili və “Mercedes” markalı betonqarışdıran maşın toqquşmuşdur.

29 dekabr 2011-ci il, saat 09:00-dək

Şəmkir rayonu, Düyərli kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

28 dekabr 2011-ci il, saat 17:30:

Şəmkir rayonu, Düyərli kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır.

28 dekabr 2011-ci il, saat 09:00-dək:

Tovuz şəhərində vətəndaşa məxsus evin pəncərəsindən alov çıxması barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Yanğın saat 21:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür

27 dekabr 2011-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan üçmərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür

26 dekabr 2011-ci il, saat 17:40:

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli inzibati binanın liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur

26 dekabr 2011-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Xətai rayonunda  doqquzmərtəbəli yaşayış binasının elektrik enerjisi ilə təminatında yaranmış fasilə nəticəsində eyni vaxtda iki liftdə ümumilikdə 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə hər iki liftin qapılarını açmış və...

25 dekabr 2011-ci il, saat 09:00-dək:

Siyəzən rayonunda (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus yük avtomobilinin arxa təkərləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr