Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 noyabr 2012-ci il saat 23:00-dək:

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin eyvanına yığılmış istifadəsiz ev əşyaları  2 kv.m sahədə yanmışdır.

30 noyabr 2012-ci il saat 19:10-dək:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 230 kv.m olan beşotaqlı mənzilin 1 otağında ev əşyaları 6 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

30 noyabr 2012-ci il saat 14:30-dək:

Sumqayıt şəhərində vətəndaş iki azyaşlı övladının mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyindən narahat olmuş və kömək üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət etmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur....

30 noyabr 2012-ci il saat 13:00-dək:

Beyləqan şəhərində ümumi sahəsi 290 kv.m olan Kommunal müssisələri kombinatının birmərtəbəli binasında məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 64 kv.m olan 2 otağın və mətbəxin yanar konstruksiyaları və ümumi sahəsi 66 kv.m olan 1 otağın və mətbəxin yanar konstruksiyaları (ümumi 130...

30 noyabr 2012-ci il saat 09:45-dək:

İmişli rayonu, Aranlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan birmərtəbəli üçotaqlı evin 1 otağında qamışdan ibarət tavan 20 kv.m sahədə yanmışdır.

30 noyabr 2012-ci il saat 09:20-dək:

Bakı şəhəri, Binəqədi rayonunda “Qarant Servis” MMC-yə məxsus tikinti meydançasında fəhlələr üçün nəzərdə tutulmuş ümumi sahəsi 30 kv.m olan otaqda dam örtüyünün yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. 

29 noyabr 2012-ci il saat 18:15-dək:

Bakı şəhəri, Səbail rayonunda yerləşən Gənc Tamaşaçılar Teatrının binasında partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün...

29 noyabr 2012-ci il saat 12:50-dək.

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan köşkün dam örtüyünün yanar konstruksiyası yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

29 noyabr 2012-ci il saat 08:00-dək:

Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus “QAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır....

28 noyabr 2012-ci il saat 22:30-dək:

Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan birmərtəbəli birotaqlı tikintisi başa çatmamış evin yanar konstruksiyaları yanmışdır....

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr