Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 mart 2012-ci il saat 23:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Səbail rayonunda onmərtəbəli yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

14 mart 2012-ci il saat 21:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m. olan köməkçi tikilinin içərisinə yığılmış köhnə ev əşyaları yanmışdır.

14 mart 2012-ci il saat 18:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bağlı qapı arxasında 1 azyaşlı uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

14 mart 2012-ci il saat 13:30-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

14 mart 2012-ci il saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda mənzildə bağlı qapı arxasında 1938-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır.

13 mart 2012-ci il saat 17:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonunda "Hyundai" markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində, sürücünün həlak olaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə...

13 mart 2012-ci il saat 12:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xəzər rayonunda mənzildə bağlı qapı arxasında yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon...

13 mart 2012-ci il saat 09:00-dək

Sumqayıt şəhərində vətəndaşa məxsus taxta konstruksiyadan ibarət ümumi sahəsi 80 kv.m olan birmərtəbəli birotaqlı ev əşyalarla birlikdə yanmışdır. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

12 mart 2012-ci il saat 16:10-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 1 kv.m sahədə 1 ədəd rəf yanmışdır. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

12 mart 2012-ci il saat 09:00-dək

Ağstafa rayonu, Pirili kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan talvarın yanar konstruksiyaları 20 kv.m sahədə və talvarın altına yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Yanğın saat 11:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr