Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 oktyabr 2017-ci il saat 22:45-dək:

Gəncə şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində üçotaqlı mənzildə yataq dəsti yanmışdır.

31 oktyabr 2017-ci il saat 22:30-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 60 m2 olan kafenin mətbəxində taxta rəflər 5 m2 sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

31 oktyabr 2017-ci il saat 21:15-dək:

İsmayıllı rayonunun Aşağı Zərnava kəndində köməkçi tikilinin dam örtüyünün taxta atmaları, içərisinə yığılmış 25 ton taxılın 2 tonu və 25 ton ot bağlamasının 5 tonu yanmışdır.

31 oktyabr 2017-ci il saat 17:00-dək:

Masallı rayonunun Həsənli kəndində birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə və ev əşyaları qismən yanmışdır.

31 oktyabr 2017-ci il saat 16:00-dək:

Goranboy rayonunun Nadirkənd kəndində köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə yanmışdır.

31 oktyabr 2017-ci il saat 15:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

31 oktyabr 2017-ci il saat 11:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər giriş qapısının kilidində yaranmış nasazlıq səbəbilə mənzildə köməksiz vəziyyətdə qalmışdır.

31 oktyabr 2017-ci il saat 08:15-dək:

Daşkəsən rayonu, Dəstəfur kəndində 8 ha ərazidə ağaclar və kol-kos yanmışdır. Meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunmuşdur.

31 oktyabr 2017-ci il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında üzük qalmışdır...

30 oktyabr 2017-ci il saat 22:15-dək:

Ağcabədi rayonunun Boyad kəndində maye qazdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində “ZİL” markalı qazdaşıyan avtomobilin yanar hissələri və ümumi sahəsi 12 m2 olan operator otağının dam örtüyü qismən yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr