Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda silsilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Növbəti belə maarifləndirmə tədbirləri Cənub Regional Mərkəzi tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonlarında, Muğan Regional Mərkəzi tərəfindən Salyan, Biləsuvar, Neftçala, Sabirabad rayonlarında və Şirvan şəhərində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə, Ağdam və Beyləqan rayonlarında, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonunda, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonunun sel təhlükəli kəndlərində keçirilib.

Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu