Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Gəncə Regional Mərkəzində “Beynəlxalq axtarış-xilasetmə əməliyyatları zamanı idarəetmənin və koordinasiyanın təşkili” mövzusunda kurs keçirilib

FHN-in Gəncə Regional Mərkəzində “Beynəlxalq axtarış-xilasetmə əməliyyatları zamanı idarəetmənin və koordinasiyanın təşkili” mövzusunda kurs keçirilib

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Nazirliyin Gəncə Regional Mərkəzində “Beynəlxalq axtarış-xilasetmə əməliyyatları zamanı idarəetmənin və koordinasiyanın təşkili” mövzusunda kurs keçirilib.

Kursun keçirilməsində əsas məqsəd Nazirliyin Gəncə şəhərində yerləşən struktur bölmələrinin və Gəncə Regional Mərkəzinin əməliyyatların planlaşdırılması və qərargahların idarə olunmasında iştirak edən əməkdaşlarının beynəlxalq humanitar əməliyyatlarda effektiv idarəetmənin və koordinasiyanın təşkilində bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.

Təşkil olunan 3 günlük kursda beynəlxalq humanitar əməliyyatlar zamanı idarəetmənin və koordinasiyanın vacibliyi vurğulanaraq, “Beynəlxalq Axtarış-xilasetmə və Məşvərət Qrupunun (İNSARAG)” təlimatları əsasında tərtib olunan sənədlər, həmçinin humanitar əməliyyatlar zamanı “GPS” sistemlərinin tətbiqi, “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzi (VOSOCC)”, “İNSARAG Koordinasiya və İdarəetmə Sisteminin (İCMS)” imkanları və iş prinsipləri, beynəlxalq humanitar əməliyyatlarda medianın rolu kurs iştirakçılarının diqqətinə çatdırılıb. Bundan başqa, kurs iştirakçılarına zəruri sənəd və avadanlıqlarla komplektləşdirilmiş “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi (UCC)”-nin və “Qəbuletmə-yolasalma Məntəqəsi (RDC)”-nin iş prinsipləri izah edilməklə nümayış etdirilmiş, həmçinin humanitar əməliyyatlar zamanı idarəetmənin və koordinasiyanın həyata keçirilməsində istifadə olunan müasir peyk rabitə vasitələrinin imkanları ilə həm nəzəri, həm də praktik şəkildə yaxından tanış olublar.

Kursun yekununda FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin hazırlıq və sinifləndirmə dövrünü əks etdirən videoçarx nümayiş olunub.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu