Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Muğan Regional Mərkəzində kurs keçirilib

FHN-in Muğan Regional Mərkəzində kurs keçirilib

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə Nazirliyin Muğan Regional Mərkəzində “Beynəlxalq Humanitar Əməliyyatlarda iştirakın əsasları, beynəlxalq standartlar və idarəetmə sistemləri” və “Beynəlxalq axtarış-xilasetmə əməliyyatları zamanı idarəetmənin və koordinasiyanın təşkili” mövzularında kurs keçirilib.

Kursun keçirilməsində əsas məqsəd əməliyyatların planlaşdırılması və qərargahların idarə olunması istiqamətində, həmçinin əməliyyatlar zamanı effektiv idarəetmə və koordinasiyanın təşkili sahəsində FHN Muğan Regional Mərkəzinin və Nazirliyin Salyan şəhərində yerləşən struktur bölmələrinin, eləcə də axtarış-xilasetmə bölmələri komandirlərinin bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub. Eyni zamanda, kurs sözügedən sahədə mövcud olan beynəlxalq rəhbəredici sənədlər və standartlar barədə məlumatların daha da artırılması məqsədilə təşkil olunub.

Tədbir zamanı “Beynəlxalq Axtarış-xilasetmə və Məşvərət Qrupunun (İNSARAG)” təlimatları əsasında tərtib olunan sənədlər, həmçinin humanitar əməliyyatlar zamanı “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzi (VOSOCC)”, “İNSARAG Koordinasiya və İdarəetmə Sisteminin (İCMS)” imkanları və iş prinsipləri, beynəlxalq humanitar əməliyyatlar zamanı idarəetmənin təşkili barədə iştirakçılara geniş məlumat verilib. Eyni zamanda, Muğan Regional Mərkəzinin ərazisində zəruri sənəd və avadanlıqlarla komplektləşdirilmiş “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi (UCC)”-nin və “Qəbuletmə-yolasalma Məntəqəsi (RDC)”-nin iş prinsipləri həm nəzəri, həm də praktik şəkildə izah edilib.

Tədbirin yekununda xüsusi mobil tətbiq vasitəsi ilə tədbirə cəlb olunan əməkdaşlar arasında keçirilmiş dərslərin mənimsənilməsi yoxlanılıb və FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin hazırlıq və sinifləndirmə dövrünü əks etdirən videoçarx nümayiş olunub.

Digər Məlumatlar

Qaynar xətt
Tibb Xidmeti
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu