

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Statistika
2015-ci ilin I yarımilliyi üzrə statistik məlumat 23 İyul 2015-ci il
Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumat
2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 5603 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2014-cü ilin I yarımilliyi ilə müqayisədə 758 hadisə və ya 16% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 51 nəfər həlak olmuş, 150 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 77 nəfər xilas edilmiş, 517 nəfər təxliyə olunmuşdur.
Hadisələrin növü | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
Xilas edilənlər (nəfərlə) |
Təxliyə olunanlar (nəfərlə) |
|||||
2014 | 2015 | 2014 | 2015 | 2014 | 2015 | 2014 | 2015 | 2014 | 2015 | |
Təbii mənşəli hadisələr | 63 | 59 | - | - | - | - | - | 17 | - | 8 |
Texnogen mənşəli hadisələr. O cümlədən bunlardan: | 4782 | 5544 | - | - | - | - | - | - | - | - |
- yanğınlara çıxışlar. | 4749 | 5488 | 31 | 43 | 60 | 105 | 22 | 59 | 196 | 501 |
- təhqiqatı aparılmış yanğınlar | 1176 | 1013 | ||||||||
- digər hadisələr | 33 | 56 | 7 | 8 | 33 | 45 | 1 | 1 | 15 | 8 |
C ə m i: | 4845 | 5603 | 38 | 51 | 93 | 150 | 23 | 77 | 211 | 517 |
Təbii mənşəli hadisələr Texnogen mənşəli hadisələr
Təbii mənşəli hadisələr
2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 59 təbii mənşəli hadisə qeydə alınmış, insan tələfatı olmamışdır. Hesabat dövründə təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 17 nəfər xilas edilmiş, 8 nəfər təxliyə olunmuşdur.
Təbii mənşəli hadisələr | Hadisələrin sayı(ədədlə) | Xilas edilənlər(nəfərlə) | Təxliyə olunanlar (nəfərlə) | |||
2014 | 2015 | 2014 | 2015 | 2014 | 2015 | |
Təhlükəli meteoroloji və aqrometeoroloji hadisələr: | 60 | 12 | - | 17 | - | 8 |
- güclü küləklər | 57 | 8 | - | - | - | - |
- yağıntılar | 3 | 2 | - | - | - | 8 |
- yolların buzlaşması | - | 2 | - | 17 | - | - |
Təhlükəli geofiziki hadisələr (zəlzələlər) | 3 | 47 | - | - | - | - |
C ə m i : | 63 | 59 | - | 17 | - | 8 |
Texnogen mənşəli hadisələr
2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 5544 texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2014-cü ilin I yarımilliyi ilə müqayisədə 762 hadisə və ya 16% çoxdur.
Texnogen mənşəli hadisələr | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) | Xəsarət alanlar (nəfərlə) | Xilas edilənlər (nəfərlə) | Təxliyə olunanlar(nəfərlə) | |||||
2014 | 2015 | 2014 | 2015 | 2014 | 2015 | 2014 | 2015 | 2014 | 2015 | |
Yanğınlara çıxışlar. O cümlədən: | 4749 | 5488 | 31 | 43 | 60 | 105 | 22 | 59 | 196 | 501 |
- təhqiqatı aparılmış yanğınlar | 1176 | 1013 | ||||||||
Partlayışlar | 19 | 37 | 5 | 8 | 32 | 44 | - | - | - | - |
Partlamamış silah-sursatların aşkarlanması | 11 | 16 | - | - | - | - | - | - | - | - |
Binaların zədələnməsi, zədələnmə təsirindən dağılması və qəflətən uçması | 3 | 1 | 2 | - | 1 | 1 | 1 | 1 | 15 | - |
Həyat təminatlı kommunal sistemlərdə qəzalar | - | 1 | - | - | - | - | - | - | - | 8 |
Boru kəmərlərində qəzalar | - | 1 | - | - | - | - | - | - | - | - |
C ə m i: | 4782 | 5544 | 38 | 51 | 93 | 150 | 23 | 60 | 211 | 509 |
Cədvəldən göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 51 nəfər həlak olmuş, 150 nəfər xəsarət almışdır ki, bu da 2014-cü ilin I yarımilliyi ilə müqayisədə həlak olanlar üzrə 13 nəfər və ya 34%, xəsarət alanlar üzrə 57 nəfər və ya 61% çoxdur.
Yanğınlara dair statistik məlumat
2015-ci ilin I yarımilliyi ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1013 olmuşdur.
Hadisələrin növü | Yanğınların sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
|||
2014 | 2015 | 2014 | 2015 | 2014 | 2015 | |
Təhqiqatı aparılmış yanğınlar. O cümlədən: | 1176 | 1013 | 31 | 43 | 60 | 105 |
- çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar | 820 | 675 | 21 | 40 | 42 | 87 |
- açıq sahələrdə yanğınlar | 8 | 56 | - | - | - | 3 |
- meşə və meşə talalarında yanğınlar | 1 | - | - | - | - | - |
- nəqliyyat vasitələrində yanğınlar | 195 | 224 | 6 | - | 4 | 9 |
- digər yanğınlar | 152 | 58 | 4 | 3 | 14 | 6 |
Yanğın hadisələri zamanı 43 nəfər həlak olmuş, 105 nəfər xəsarət almış, bu da ötən ilin I yarımilliyi ilə müqayisədə yanğından həlak olanlar üzrə 12 nəfər və ya 39%, xəsarət alanlar üzrə 45 nəfər və ya 75% çoxdur.
Yanğınlara çıxışlar
Partlayışlara dair statistik məlumat
2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 37 partlayış hadisəsi baş vermişdir ki, bu da 2014-cü ilin I yarımilliyi ilə müqayisədə 18 hadisə və ya 95% çoxdur. Partlayışlar zamanı 8 nəfər həlak olmuş, 44 nəfər xəsarət almışdır.
Hadisələrin növü | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
|||
2014 | 2015 | 2014 | 2015 | 2014 | 2015 | |
Fərdi evlərdə partlayışlar | 6 | 24 | - | 5 | 10 | 25 |
Fərdi evin yardımçı tikililərində partlayışlar | 2 | 1 | 1 | - | 2 | 1 |
Çoxmənzilli yaşayış binalarında partlayışlar | 5 | 4 | 1 | - | 3 | 8 |
Sosial-məişət və mədəniyyət təyinatlı binalarda partlayışlar | 1 | 2 | - | - | 1 | - |
İstehsalat obyektlərində partlayışlar | 1 | 3 | - | 2 | 5 | 8 |
Yanacaq doldurma məntəqələrində partlayışlar | 1 | - | 2 | - | 2 | - |
Sənaye obyektlərinin binalarında partlayışlar | - | 1 | - | - | - | 1 |
Yeni inşa olunan obyektlərdə partlayışlar | 1 | - | - | - | 4 | - |
Partlamamış silah sursatların və digər partlayıcı maddələrin aşkarlanması zamanı partlayışlar | - | 1 | - | 1 | - | - |
Digər yük avtonəqliyyat vasitələrində partlayışlar | 1 | - | 1 | - | 1 | - |
Digər yaşayış binalarında partlayışlar | 1 | - | - | - | 4 | - |
Nəqliyyat vasitələrinin saxlanılma və təmiri obyektlərində yanğınlar | - | 1 | - | - | - | 1 |
C ə m i: | 19 | 37 | 5 | 8 | 32 | 44 |
Partlayışlar