Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Statistika

Statistika

2015-ci il üzrə statistik məlumat 22 Yanvar 2016-cı il

Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumat

2015-ci il ərzində respublika ərazisində 13678 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2014-cü il ilə müqayisədə 2390 hadisə və ya 21% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 79 nəfər həlak olmuş, 262 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 209 nəfər xilas edilmiş, 802 nəfər təxliyə olunmuşdur.

Hadisələrin növü Hadisələrin sayı
(ədədlə)
İnsan tələfatı
(nəfərlə)
Xəsarət alanlar
(nəfərlə)
Xilas edilənlər
(nəfərlə)
Təxliyə olunanlar
(nəfərlə)
2014 2015 2014 2015 2014 2015 2014 2015 2014 2015
Təbii mənşəli hadisələr 133 96 - - - - - 121 38 8
Texnogen mənşəli hadisələr. O cümlədən bunlardan: 11155 13582 - - - - - - - -
- yanğınlara çıxışlar. 11084 13492 59 64 99 170 51 83 799 786
- təhqiqatı aparılmış yanğınlar 2436 2099
- digər hadisələr 71 90 18 15 77 92 19 5 15 8
C ə m i: 11288 13678 77 79 176 262 70 209 852 802

Təbii mənşəli hadisələr                                  Texnogen mənşəli hadisələr

Təbii mənşəli hadisələr

2015-ci il ərzində respublika ərazisində 96 təbii mənşəli hadisə qeydə alınmış, insan tələfatı olmamışdır. Hesabat dövründə təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 121 nəfər xilas edilmiş, 8 nəfər təxliyə olunmuşdur.

Təbii mənşəli hadisələr Hadisələrin sayı
(ədədlə)
Xilas edilənlər
(nəfərlə)
Təxliyə olunanlar
(nəfərlə)
2014 2015 2014 2015 2014 2015
Təhlükəli meteoroloji və aqrometeoroloji hadisələr: 82 22 - 27 38 8
- güclü küləklər 67 13 - - - -
- yağıntılar 15 7 - 10 38 8
- yolların buzlaşması - 2 - 17 - -
Təhlükəli geoloji hadisələr (sellər) - 4 - 94 - -
Təhlükəli geofiziki hadisələr (zəlzələlər) 51 70 - - - -
C ə m i :  133 96 - 121 38 8

Texnogen mənşəli hadisələr            

2015-ci il ərzində respublika ərazisində 13582 texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2014-cü il ilə müqayisədə 2427 hadisə və ya 22% çoxdur.

Texnogen mənşəli hadisələr Hadisələrin sayı
(ədədlə)
İnsan tələfatı
(nəfərlə)
Xəsarət alanlar
(nəfərlə)
Xilas edilənlər
(nəfərlə)
Təxliyə olunanlar
(nəfərlə)
2014 2015 2014 2015 2014 2015 2014 2015 2014 2015
Yanğınlara çıxışlar.O cümlədən: 11084 13492 59 64 99 170 51 83 799 786
- təhqiqatı aparılmış yanğınlar 2436 2099
Partlayışlar 36 62 16 15 75 91 17 - - -
Partlamamış silah-sursatların aşkarlanması 28 22 - - - - - - - -
Binaların zədələnməsi, lənmə təsirindən dağılması və qəflətən uçması 5 3 2 - 2 1 2 5 15 -
Həyat təminatlı kommunal sistemlərdə qəzalar - 1 - - - - - - - 8
Boru kəmərlərində qəzalar 2 1 - - - - - - - -
Neft-qaz sənaye kompleksi sistemlərində qəzalar - 1 - - - - - - - -
C ə m i: 11155 13582 77 79 176 262 70 88 814 794

Cədvəldən göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 79 nəfər həlak olmuş, 262 nəfər xəsarət almışdır ki, bu da 2014-cü il ilə müqayisədə həlak olanlar üzrə 2 nəfər və ya 3%, xəsarət alanlar üzrə 86 nəfər və ya 49% çoxdur.

Yanğınlara dair statistik məlumat

2015-ci il ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2099 olmuşdur.

Yanğınların növü Yanğınların sayı
(ədədlə)
İnsan tələfatı
(nəfərlə)
Xəsarət alanlar
(nəfərlə)
2014 2015 2014 2015 2014 2015
Təhqiqatı aparılmış yanğınlar. O cümlədən: 2436 2099 59 64 99 170
- çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar 1700 1467 43 54 71 136
- açıq sahələrdə yanğınlar 20 83 - 1 - 3
- meşə və meşə talalarında yanğınlar 26 6 - - - -
- nəqliyyat vasitələrində yanğınlar 396 386 10 - 9 12
- digər yanğınlar 294 157 6 9 19 19

Yanğın hadisələri zamanı 64 nəfər həlak olmuş, 170 nəfər xəsarət almış, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 5 nəfər və ya 9%, xəsarət alanlar üzrə 71 nəfər və ya 71% çoxdur.

Yanğınlara çıxışlar

Partlayışlara dair statistik məlumat

2015-ci il ərzində respublika ərazisində 62 partlayış hadisəsi baş vermişdir ki, bu da 2014-cü il ilə müqayisədə 26 hadisə və ya 72% çoxdur. Partlayışlar zamanı 15 nəfər həlak olmuş, 91 nəfər xəsarət almışdır. 

Hadisələrin növü Hadisələrin sayı
(ədədlə)
İnsan tələfatı
(nəfərlə)
Xəsarət alanlar
(nəfərlə)
Xilas edilənlər
(nəfərlə)
2014 2015 2014 2015 2014 2015 2014 2015
Fərdi evlərdə partlayışlar 16 39 6 11 34 53 4 -
Fərdi evin yardımçı tikililərində partlayışlar 3 1 1 - 4 1 - -
Çoxmənzilli yaşayış binalarında partlayışlar 7 8 5 - 10 15 7 -
Sosial-məişət və mədəniyyət təyinatlı binalarda partlayışlar 2 5 - 1 2 9 - -
Ticarət obyektlərində yanğınlar 1 2 1 - 8 3 6 -
İstehsalat obyektlərində partlayışlar 3 3 - 2 6 8 - -
Yanacaq doldurma məntəqələrində partlayışlar 1 - 2 - 2 - - -
Sənaye obyektlərinin binalarında partlayışlar - 1 - - - 1 - -
Yeni inşa olunan obyektlərdə partlayışlar 1 - - - 4 - - -
Digər yük avtonəqliyyat vasitələrində partlayışlar 1 - 1 - 1 - - -
Partlamamış silah-sursatların aşkarlanması zamanı partlayışlar - 1 - 1 - - - -
Digər yaşayış binalarında partlayışlar 1 - - - 4 - - -
Nəqliyyat vasitələrinin saxlanılma obyektləində partlayışlar - 1 - - - 1 - -
Transformatorlarda partlayışlar - 1 - - - - - -
Cəmi 36 62 16 15 75 91 17 -

Partlayışlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu