

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Statistika
2023-cü ilin I rübü üzrə statistik məlumat 19 aprel 2023-cü il
Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumat
2023-cü ilin I rübü ərzində respublika ərazisində 3713 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2022-ci ilin I rübü ilə müqayisədə 129 hadisə və ya 4% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 12 nəfər həlak olmuş, 73 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 4 nəfər xilas edilmiş, 124 nəfər təxliyə olunmuşdur.
Təbii mənşəli hadisələr Texnogen mənşəli hadisələr
Təbii mənşəli hadisələr
Təbii mənşəli hadisələr 2023-cü ilin I rübü ərzində respublika ərazisində 41 təbii mənşəli hadisə qeydə alınmış, insan təlafatı və xəsarət alan olmamışdır.
Texnogen mənşəli hadisələr
2023-cü ilin I rübü ərzində respublika ərazisində 3672 texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2022-ci ilin I rübü ilə müqayisədə 130 hadisə və ya 4% çoxdur.
Cədvəldən göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 12 nəfər həlak olmuş, 73 nəfər xəsarət almışdır ki, bu da 2022-ci ilin I rübü ilə müqayisədə həlak olanlar üzrə 11 nəfər və ya 48%,azdır, xəsarət alanlar üzrə 3 nəfər və ya 4% çoxdur. Nazirliyin xilasediciləri tərəfindən 4 nəfər xilas edilmiş, 124 nəfər təxliyə olunmuşdur.
Yanğınlara dair statistik məlumat
2023-cü ilin I rübü ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 432 olmuşdur.
Yanğın hadisələri zamanı 10 nəfər həlak olmuş, 58 nəfər xəsarət almış, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 12 nəfər və ya 55% az, xəsarət alanlar üzrə 2 nəfər və ya 4% çoxdur.
Yanğınlara çıxışlar
Partlayışlara dair statistik məlumat
2023-cü ilin I rübü ərzində respublika ərazisində 14 partlayış hadisəsi baş vermişdir ki, bu da 2022-ci ilin I rübü ilə müqayisədə 1 hadisə və ya 7% azdır. Partlayışlar zamanı 2 nəfər həlak olmuş, 15 nəfər xəsarət almışdır.
Partlayışlar