Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Statistika

Statistika

2023-cü ilin 9 ayı üzrə statistik məlumat 23 oktyabr 2023-cü il

Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumat

2023-cü ilin 9 ayı ərzində respublika ərazisində 12425 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 2139 hadisə və ya 15% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olmuş, 181 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 25 nəfər xilas edilmiş, 2587 nəfər təxliyə olunmuşdur.

 

 

 


 

Təbii mənşəli hadisələr                                  Texnogen mənşəli hadisələr

 

Təbii mənşəli hadisələr 

2023-cü ilin 9 ayı ərzində ərzində respublika ərazisində 179 təbii mənşəli hadisə qeydə alınmış, nəticədə 6 nəfər həlak olmuş, 7 nəfər xəsarət almışdır.

    

 

Texnogen mənşəli hadisələr 

2023-cü ilin 9 ayı ərzində respublika ərazisində 12246 texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2022-ci ilin 9 ayı ilə müqayisədə 2222 hadisə və ya 15% azdır.

Cədvəldən göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 42 nəfər həlak olmuş, 174 nəfər xəsarət almışdır ki, bu da 2022-ci ilin 9 ayı ilə müqayisədə həlak olanlar üzrə 11 nəfər və ya 21%, xəsarət alanlar üzrə 56 nəfər və ya 24% azdır. Nazirliyin xilasediciləri tərəfindən 21 nəfər xilas edilmiş, 781 nəfər təxliyə olunmuşdur.

Yanğınlara dair statistik məlumat

2023-cü ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1351 olmuşdur.

Yanğın hadisələri zamanı 26 nəfər həlak olmuş, 124 nəfər xəsarət almış, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 16 nəfər və ya 38%, xəsarət alanlar üzrə 54 nəfər və ya 30% azdır.

 


 

Yanğınlara çıxışlar

 

 

 

 

Partlayışlara dair statistik məlumat

2023-cü ilin 9 ayı ərzində respublika ərazisində 35 partlayış hadisəsi baş vermişdir ki, bu da 2022-ci ilin 9 ayı ilə müqayisədə 16 hadisə və ya 3% azdır. Partlayışlar zamanı 16 nəfər həlak olmuş, 47 nəfər xəsarət almışdır.



 

Partlayışlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu