
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Statistika
2016-ci ilin I rübü üzrə statistik məlumat 19 Aprel 2016-ci il
Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumat
2016-cı ilin I rübü ərzində respublika ərazisində 1644 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2015-ci ilin I rübü ilə müqayisədə 242 hadisə və ya 17% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 19 nəfər həlak olmuş, 56 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 6 nəfər xilas edilmiş, 264 nəfər təxliyə olunmuşdur.
| Hadisələrin növü | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
Xilas edilənlər (nəfərlə) |
Təxliyə olunanlar (nəfərlə) |
|||||
| 2015 | 2016 | 2015 | 2016 | 2015 | 2016 | 2015 | 2016 | 2015 | 2016 | |
| Təbii mənşəli hadisələr | 36 | 16 | - | - | - | - | 17 | 5 | 8 | - |
| Texnogen mənşəli hadisələr. O cümlədən bunlardan: | 1366 | 1628 | - | - | - | - | - | - | - | - |
| - yanğınlara çıxışlar. | 1336 | 1601 | 16 | 17 | 34 | 29 | 5 | 1 | 233 | 262 |
| - təhqiqatı aparılmış yanğınlar | 495 | 515 | ||||||||
| - digər hadisələr | 30 | 27 | 3 | 2 | 33 | 27 | - | - | 8 | 2 |
| C ə m i: | 1402 | 1644 | 19 | 19 | 67 | 56 | 22 | 6 | 249 | 264 |
Təbii mənşəli hadisələr
2016-cı ilin I rübü ərzində respublika ərazisində 16 təbii mənşəli hadisə qeydə alınmış, insan tələfatı olmamışdır. Hesabat dövründə təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 5 nəfər xilas edilmişdir.
| Təbii mənşəli hadisələr | Hadisələrin sayı (ədədlə) |
Xilas edilənlər (nəfərlə) |
Təxliyə olunanlar (nəfərlə) |
|||
| 2015 | 2016 | 2015 | 2016 | 2015 | 2016 | |
| Təhlükəli meteoroloji və aqrometeoroloji hadisələr: | 8 | 6 | 17 | 5 | 8 | - |
| - güclü küləklər | 4 | 5 | - | - | - | - |
| - yağıntılar | 2 | 1 | - | 5 | 8 | - |
| - yolların buzlaşması | 2 | - | 17 | - | - | - |
| Təhlükəli hidroloji hadisələr (daşqınlar) | - | 3 | - | - | - | - |
| Təhlükəli geofiziki hadisələr(zəlzələlər) | 28 | 7 | - | - | - | - |
| Cəmi: | 36 | 16 | 17 | 5 | 8 | - |
Texnogen mənşəli hadisələr
2016-cı ilin I rübü ərzində respublika ərazisində 1628 texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2015-ci ilin I rübü ilə müqayisədə 262 hadisə və ya 19% çoxdur.
| Texnogen mənşəli hadisələr | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
Xilas edilənlər (nəfərlə) |
Təxliyə olunanlar (nəfərlə) |
|||||
| 2015 | 2016 | 2015 | 2016 | 2015 | 2016 | 2015 | 2016 | 2015 | 2016 | |
| Yanğınlara çıxışlar. O cümlədən: | 1336 | 1601 | 16 | 17 | 34 | 29 | 5 | 1 | 233 | 262 |
| - təhqiqatı aparılmış yanğınlar | 495 | 515 | ||||||||
| Partlayışlar | 22 | 21 | 3 | 1 | 33 | 23 | - | - | - | - |
| Partlamamış silah-sursatların aşkarlanması | 7 | 3 | - | - | - | - | - | - | - | - |
| Binaların zədələnməsi, zədələnmə təsirindən dağılması və qəflətən uçması | - | 1 | - | - | - | 2 | - | - | - | - |
| Həyat təminatlı kommunal sistemlərdə qəzalar | 1 | 2 | - | 1 | - | 2 | - | - | 8 | 2 |
| C ə m i: | 1366 | 1628 | 19 | 19 | 67 | 56 | 5 | 1 | 241 | 264 |
Cədvəldən göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 19 nəfər həlak olmuş, 56 nəfər xəsarət almışdır ki, bu da 2015-ci ilin I rübü ilə müqayisədə xəsarət alanlar üzrə 11 nəfər və ya 16% azdır.
Yanğınlara dair statistik məlumat
2016-cı ilin I rübü ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 515 olmuşdur.
| Yanğınların növü | Yanğınların sayı (ədədlə) | İnsan tələfatı (nəfərlə) | Xəsarət alanlar (nəfərlə) | |||
| 2015 | 2016 | 2015 | 2016 | 2015 | 2016 | |
| Təhqiqatı aparılmış yanğınlar. O cümlədən: | 495 | 515 | 16 | 17 | 34 | 29 |
| - çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar | 359 | 404 | 14 | 16 | 31 | 24 |
| - açıq sahələrdə yanğınlar | - | 3 | - | - | - | 2 |
| - nəqliyyat vasitələrində yanğınlar | 93 | 67 | - | - | - | 1 |
| - digər yanğınlar | 43 | 41 | 2 | 1 | 3 | 2 |
Yanğın hadisələri zamanı 17 nəfər həlak olmuş, 29 nəfər xəsarət almış, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 6% çox, xəsarət alanlar üzrə 5 nəfər və ya 15% azdır.
Yanğınlara çıxışlar
Partlayışlara dair statistik məlumat
2016-ci ilin I rübü ərzində respublika ərazisində 21 partlayış hadisəsi baş vermişdir ki, bu da 2015-ci ilin I rübü ilə müqayisədə 1 hadisə və ya 5% azdır. Partlayışlar zamanı 1 nəfər həlak olmuş, 23 nəfər xəsarət almışdır.
| Hadisələrin növü | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
|||
| 2015 | 2016 | 2015 | 2016 | 2015 | 2016 | |
| Fərdi evlərdə partlayışlar | 14 | 16 | 1 | 1 | 17 | 19 |
| Fərdi evin yardımçı tikililərində partlayışlar | 1 | - | - | - | 1 | - |
| Çoxmənzilli yaşayış binalarında partlayışlar | 2 | 3 | - | - | 6 | 1 |
| Sosial-məişət və mədəniyyət təyinatlı binalarda partlayışlar | 1 | - | - | - | - | - |
| Ticarət obyektlərində partlayışlar | - | 1 | - | - | - | 2 |
| İstehsalat obyektlərində partlayışlar | 3 | - | 2 | - | 8 | - |
| Nəqliyyat vasitələrinin saxlanılma və təmiri obyektlərində partlayışlar | 1 | - | - | - | 1 | - |
| Magistral neft-qaz boru kəmərlərində partlayışlar | - | 1 | - | - | - | 1 |
| Cəmi | 22 | 21 | 3 | 1 | 33 | 23 |
Partlayışlar













