

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Statistika
2022-ci ilin I yarımilliyi üzrə statistik məlumat 7 Oktyabr 2022-ci il
Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumat
2022-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 7753 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2021-ci ilin I yarımilliyi ilə müqayisədə 1093 hadisə və ya 16% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olmuş, 200 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 75 nəfər xilas edilmiş, 561 nəfər təxliyə olunmuşdur.
Təbii mənşəli hadisələr Texnogen mənşəli hadisələr
Təbii mənşəli hadisələr
2022-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 62 təbii mənşəli hadisə qeydə alınmışdır.
Texnogen mənşəli hadisələr
2022-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 7691 texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2021-ci ilin I yarımilliyi ilə müqayisədə 1133 hadisə və ya 17% çoxdur.
Cədvəldən göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olmuş, 200 nəfər xəsarət almışdır ki, bu da 2021-ci ilin I yarımilliyi ilə müqayisədə həlak olanlar üzrə 17 nəfər və ya 55%, xəsarət alanlar üzrə 72 nəfər və ya 56% çoxdur.
Yanğınlara dair statistik məlumat
2022-ci ilin I yarımilliyi ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 933 olmuşdur.
Yanğın hadisələri zamanı 37 nəfər həlak olmuş, 130 nəfər xəsarət almış, bu da ötən il ilə müqayisədə yanğından, həlak olanlar üzrə 14 nəfər 6%, xəsarət alanlar üzrə 49 nəfər və ya 60% çoxdur.
Yanğınlara çıxışlar
Partlayışlara dair statistik məlumat
2022-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 34 partlayış hadisəsi baş vermişdir ki, bu da 2021-ci ilin I yarımilliyi ilə müqayisədə 9 hadisə və ya 21% azdır. Partlayışlar zamanı 11 nəfər həlak olmuş, 70 nəfər xəsarət almışdır.
Partlayışlar