

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Statistika
2020-ci ilin I rübü üzrə statistik məlumat 25 aprel 2020-ci il
Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumat
2020-ci ilin I rübü ərzində respublika ərazisində 4040 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2000 hadisə və ya 98% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olmuş, 55 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilmiş, 262 nəfər təxliyə olunmuşdur.
Hadisələrin növü | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
Xilas edilənlər (nəfərlə) |
Təxliyə olunanlar (nəfərlə) |
|||||
2019 | 2020 | 2019 | 2020 | 2019 | 2020 | 2019 | 2020 | 2019 | 2020 | |
Təbii mənşəli hadisələr | 44 | 37 | - | - | - | - | - | - | 133 | - |
Texnogen mənşəli hadisələr. O cümlədən bunlardan: | 1996 | 4003 | - | - | - | - | - | - | - | - |
- yanğınlara cıxışlar | 1965 | 3986 | 29 | 16 | 49 | 37 | 33 | 7 | 478 | 262 |
- təhqiqatı aparılmış yanğınlar | 506 | 624 | ||||||||
- digər hadisələr | 31 | 17 | 9 | - | 27 | 18 | 2 | - | - | - |
C ə m i: | 2040 | 4040 | 38 | 16 | 76 | 55 | 35 | 7 | 611 | 262 |
Təbii mənşəli hadisələr Texnogen mənşəli hadisələr
Təbii mənşəli hadisələr
2020-ci ilin I rübü ərzində respublika ərazisində 37 təbii mənşəli hadisə qeydə alınmış, insan tələfatı və xəsarət alan olmamışdır.
Təbii mənşəli hadisələr | Hadisələrin sayı (ədədlə) |
Təxliyə olunanlar (nəfərlə) |
||
2019 | 2020 | 2019 | 2020 | |
Təhlükəli meteoroloji və aqrometeoroloji hadisələr: | 25 | 26 | - | - |
- küləklər | 18 | 18 | - | - |
- qasırğalar | - | 1 | ||
- yağıntılar | 3 | 1 | - | - |
- güclü duman | 4 | - | - | - |
- güclü qar yağması | - | 5 | - | - |
- bərk şaxta | - | 1 | - | |
Təhlükəli hidroloji dəniz hadisələri ( güclü dalğalanma) | 1 | - | - | - |
Təhlükəli geofiziki hadisələr ( zəlzələlər) | 18 | 11 | 133 | - |
C ə m i : | 44 | 37 | 133 | - |
Texnogen mənşəli hadisələr
2020-ci ilin I rübü ərzində respublika ərazisində 4003 texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2007 hadisə və ya 100% çoxdur.
Texnogen mənşəli hadisələr | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) | Xəsarət alanlar (nəfərlə) | Xilas edilənlər (nəfərlə) | ||||
2019 | 2020 | 2019 | 2020 | 2019 | 2020 | 2019 | 2020 | |
Yanğınlara çıxışlar. O cümlədən: | 1965 | 3986 | 29 | 16 | 49 | 37 | 33 | 7 |
-təhqiqatı aparılmış yanğınlar | 506 | 624 | ||||||
Partlayışlar | 23 | 13 | 8 | - | 27 | 18 | 2 | - |
Partlamamış silah-sursatların aşkarlanması | 7 | 4 | - | - | - | - | - | - |
Binaların zədələnməsi, zədələnmə təsirindən dağılması və qəflətən uçması | 1 | - | 1 | - | - | - | - | - |
C ə m i: | 1996 | 4003 | 38 | 16 | 76 | 55 | 35 | 7 |
Cədvəldən göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olmuş, 55 nəfər xəsarət almışdır ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə həlak olanlar üzrə 22 nəfər və ya 58% azdır, xəsarət alanlar üzrə 21 nəfər və ya 28% azdır.
Yanğınlara dair statistik məlumat
2020-ci ilin I rübü ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 624 olmuşdur. Yanğın hadisələri zamanı 16 nəfər həlak olmuş,37 nəfər xəsarət almış, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45% azdır, xəsarət alanlar üzrə 12 nəfər və ya 24% azdır.
- çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində - 485 yanğın;
- açıq sahələrdə - 14 yanğın ;
- nəqliyyat vasitələrində – 93 yanğın;
- digər yanğınlar üzrə - 32 yanğın.
Yanğın hadisələri zamanı 16 nəfər həlak olmuş, 37 nəfər xəsarət almış, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45% azdır, xəsarət alanlar üzrə 12 nəfər və ya 24% azdır.
Yanğınların növü | Yanğınların sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
|||
2019 | 2020 | 2019 | 2020 | 2019 | 2020 | |
Təhqiqatı aparılmış yanğınlar. O cümlədən: | 506 | 624 | 29 | 16 | 49 | 37 |
- yaşayış binalarında yanğınlar | 391 | 485 | 25 | 13 | 37 | 33 |
- Açıq sahələrdə yanğınlar | 2 | 14 | - | - | - | - |
- Nəqliyyat vasitələrində yanğınlar | 60 | 93 | - | 2 | - | 1 |
- Digər yanğınlar | 53 | 32 | 2 | 1 | 12 | 3 |
Yanğınlara çıxışlar
Partlayışlara dair statistik məlumat
2020-ci ilin Irübü ərzində respublika ərazisində 13 partlayış hadisəsi baş vermişdir ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 43% azdır. Partlayışlar zamanı 18 nəfər xəsarət almışdır.
Hadisələrin növü | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
Xilas olanlar (nəfərlə) |
||||
2019 | 2020 | 2019 | 2020 | 2019 | 2020 | 2019 | 2020 | |
Fərdi evlərdə partlayışlar | 16 | 11 | 7 | - | 14 | 15 | 2 | - |
Fərdi evin yardımçı tikililərində partlayışlar | 1 | - | - | - | 1 | - | - | |
Çoxmənzilli yaşayış binalarında partlayışlar | 4 | 1 | - | - | 5 | 2 | - | |
Sosial-məişət və mədəniyyət təyinatlı binalarda partlayışlar | 1 | 1 | - | - | 4 | - | - | |
İstehsalat obyektlərində partlayışlar | 1 | - | 1 | 3 | 1 | - | - | |
Cəmi | 23 | 13 | 8 | - | 27 | 18 | 2 | - |
Partlayışlar