

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Statistika
2019-cu il üzrə statistik məlumat 27 Yanvar 2020-ci il
Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumat
2019-ci il ərzində respublika ərazisində 16571 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2018-ci il ilə müqayisədə 1107 hadisə və ya 7% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 70 nəfər həlak olmuş, 338 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 63 nəfər xilas edilmiş, 1228 nəfər təxliyə olunmuşdur.
Hadisələrin növü | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
Xilas edilənlər (nəfərlə) |
Təxliyə olunanlar (nəfərlə) |
|||||
2018 | 2019 | 2018 | 2019 | 2018 | 2019 | 2018 | 2019 | 2018 | 2019 | |
Təbii mənşəli hadisələr | 155 | 172 | - | 2 | - | - | 4 | 2 | 259 | 136 |
Texnogen mənşəli hadisələr. O cümlədən bunlardan: | 15309 | 16399 | - | - | - | - | - | - | - | - |
- yanğınlara çıxışlar. O cümlədən: | 15229 | 16303 | 64 | 43 | 141 | 171 | 88 | 54 | 1465 | 1084 |
- təhqiqatı aparılmış yanğınlar | 2213 | 2320 | 83 | 53 | 165 | 232 | - | - | - | - |
- digər hadisələr | 80 | 96 | 22 | 15 | 66 | 106 | 2 | 7 | - | 8 |
C ə m i: | 15464 | 16571 | 105 | 70 | 231 | 338 | 94 | 63 | 1724 | 1228 |
Təbii mənşəli hadisələr Texnogen mənşəli hadisələr
Təbii mənşəli hadisələr
2019-cu il ərzində respublika ərazisində 172 təbii mənşəli hadisə qeydə alınmış, 2 nəfər insan tələfatı olmuşdur. Təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 2 nəfər xilas edilmiş, 136 nəfər təxliyə olunmuşdur.
Təbii mənşəli hadisələr | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xilas edilənlər (nəfərlə) |
Təxliyə olunanlar (nəfərlə) |
||||
2018 | 2019 | 2018 | 2019 | 2018 | 2019 | 2018 | 2019 | |
Təhlükəli meteoroloji və aqrometeoroloji hadisələr: | 82 | 91 | - | 2 | - | 2 | 234 | 3 |
- güclü küləklər | 41 | 69 | - | - | - | - | - | - |
- yağıntılar | 33 | 15 | - | - | - | 2 | 234 | 3 |
- güclü duman | 6 | 5 | - | - | - | - | - | - |
- qar uçqunu | - | 1 | 2 | - | - | - | - | |
- bərk isti | 2 | 1 | - | - | - | - | - | - |
Təhlükəli geoloji hadisələr : | 12 | 2 | - | - | 4 | - | 4 | - |
- vulkan püskürmələri | 4 | - | - | - | - | - | - | - |
- torpaq sürüşmələri | 3 | 2 | - | - | - | - | - | - |
- sellər | 4 | - | - | - | 4 | - | 4 | - |
- uçqunlar | 1 | - | - | - | - | - | - | - |
Təhlükəli hidroloji dəniz hadisələri (güclü dalğalanma) | - | 1 | - | - | - | - | - | - |
Təhlükəli hidroloji hadisələr: | 1 | 2 | - | - | - | - | 21 | - |
- daşmalar | - | 1 | - | - | - | - | 21 | - |
- subasmalar | 1 | 1 | - | - | - | - | - | - |
Təhlükəli geofiziki hadisələr (zəlzələlər) | 60 | 76 | - | - | - | - | - | 133 |
C ə m i : | 155 | 172 | - | 2 | 4 | 2 | 259 | 136 |
Texnogen mənşəli hadisələr
2019-cu il ərzində respublika ərazisində 16399 texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2018-ci il ilə müqayisədə 1090 hadisə və ya 7% çoxdur.
Texnogen mənşəli hadisələr | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) | Xilas edilənlər (nəfərlə) | Təxliyə olunanlar (nəfərlə) | |||||
2018 | 2019 | 2018 | 2019 | 2018 | 2019 | 2018 | 2019 | 2018 | 2019 | |
Yanğınlara çıxışlar. O cümlədən | 15229 | 16303 | 83 | 53 | 165 | 232 | 88 | 54 | 1465 | 1084 |
- təhqiqatı aparılmış yanğınlar | 2213 | 2320 | ||||||||
Partlayışlar | 69 | 73 | 20 | 12 | 63 | 103 | - | 5 | - | 8 |
Partlamamış silah-sursatların aşkarlanması | 6 | 17 | - | - | - | - | - | - | - | - |
Binaların zədələnməsi, zədələnmə təsirindən dağılması və qəflətən uçması | 4 | 5 | 2 | 3 | 3 | 3 | 2 | 2 | - | - |
Hidrodinamik qəzalar | 1 | 1 | - | - | - | - | - | - | - | - |
C ə m i: | 15309 | 16399 | 105 | 68 | 231 | 338 | 90 | 61 | 1465 | 1092 |
Cədvəldən göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər həlak olmuş, 338 nəfər xəsarət almışdır ki, bu da 2018-ci il ilə müqayisədə həlak olanlar üzrə 37 nəfər və ya 35% azdır, xəsarət alanlar üzrə 107 nəfər və ya 46% çoxdur. Nazirliyin xilasediciləri tərəfindən 61 nəfər xilas edilmiş, 1092 nəfər təxliyə olunmuşdur.
Yanğınlara dair statistik məlumat
2019-cu il ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2319 olmuşdur. Yanğın hadisələri zamanı 53 nəfər həlak olmuş, 232 nəfər xəsarət almış, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 30 nəfər və ya 36% azdır, xəsarət alanlar üzrə 67 nəfər və ya 41% çoxdur.
Yanğınların növü | Yanğınların sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
|||
2018 | 2019 | 2018 | 2019 | 2018 | 2019 | |
Təhqiqatı aparılmış yanğınların sayı. O cümlədən: | 2213 | 2320 | 83 | 53 | 165 | 232 |
- yaşayış binalarında yanğınlar |
1563 | 1684 | 43 | 40 | 109 | 150 |
- Açıq sahələrdə yanğınlar | 119 | 103 | - | - | 4 | 2 |
- Meşə və meşə talalarında yanğınlar | 9 | 12 | - | - | - | 4 |
- Nəqliyyat vasitələrində yanğınlar | 329 | 372 | 1 | 10 | 10 | 20 |
- Digər yanğınlar | 193 | 149 | 39 | 3 | 42 | 56 |
Yanğınlara çıxışlar
Partlayışlara dair statistik məlumat
2019-cu il ərzində respublika ərazisində 73 partlayış hadisəsi baş vermişdir ki, bu da 2018-cı il ilə müqayisədə 4 hadisə və ya 6% çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olmuş, 103 nəfər xəsarət almışdır.
Hadisələrin növü | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
Xilas edilənlər (nəfərlə) |
Təxliyə olunanlar (nəfərlə) |
|||||
2018 | 2019 | 2018 | 2019 | 2018 | 2019 | 2018 | 2019 | 2018 | 2019 | |
Fərdi evlərdə partlayışlar | 36 | 45 | 8 | 8 | 37 | 51 | - | 5 | - | - |
Fərdi evin yardımçı tikililərində partlayışlar | 1 | 2 | 1 | - | - | 5 | - | - | - | - |
Çoxmənzilli yaşayış binalarında partlayışlar | 15 | 13 | 1 | - | 7 | 16 | - | - | - | 5 |
Sosial-məişət və mədəniyyət təyinatlı binalarda partlayışlar | 4 | 7 | 4 | - | 2 | 16 | - | - | - | 3 |
İstehsalat obyektlərində partlayışlar | 5 | 3 | - | 1 | 10 | 5 | - | - | - | - |
Sənaye obyektlərinin binalarında partlayışlar | 1 | - | - | - | 1 | - | - | - | - | - |
Elektrik stansiyalarında partlayışlar | 1 | - | - | - | - | - | - | - | - | - |
Döyüş silah-sursatı və partlayıcı maddələr saxlanılan obyektlərdə partlayışlar | - | 1 | - | - | - | - | - | - | - | - |
Partlamamış silah-sursatların aşkarlanması zamanı partlayışlar | 1 | 1 | - | - | 1 | 6 | - | - | - | - |
Anbarlarda və bazalarda partlayışlar | 1 | - | - | - | - | - | - | - | - | - |
Yanacaq doldurma məntəqələrində (qurğularda) partlayışlar | 1 | - | 1 | - | 4 | - | - | - | - | - |
Nəqliyyat vasitələrinin saxlanılma və təmiri obyektlərində partlayışlar | 1 | - | 4 | - | - | - | - | - | - | - |
Sərnişin avtonəqliyyat vasitələrində partlayışlar | 1 | - | - | - | 1 | - | - | - | - | - |
Hərbi avtonəqliyyat vasitələrində partlayışlar | - | 1 | - | 3 | - | 4 | - | - | - | - |
Digər elektrik enerji avadanlıqlarında partlayışlar | 1 | - | 1 | - | - | - | - | - | - | - |
Cəmi | 69 | 73 | 20 | 12 | 63 | 103 | - | 5 | - | 8 |
Partlayışlar