

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Statistika
2022-ci il üzrə statistik məlumat 31 Yanvar 2023-cü il
Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumat
2022-ci il ərzində respublika ərazisində 16714 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2021-ci il ilə müqayisədə 1467 hadisə və ya 10% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 67 nəfər həlak olmuş, 296 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 104 nəfər xilas edilmiş, 1399 nəfər təxliyə olunmuşdur.
Təbii mənşəli hadisələr Texnogen mənşəli hadisələr
Təbii mənşəli hadisələr
2022-ci il ərzində respublika ərazisində 132 təbii mənşəli hadisə qeydə alınmış, nəticədə 5 nəfər xilas edilmiş, 139 nəfər təxliyə olunmuşdur.
Texnogen mənşəli hadisələr
2022-ci il ərzində respublika ərazisində 16582 texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2021-ci il ilə müqayisədə 1522 hadisə və ya 10% çoxdur.
Cədvəldən göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 67 nəfər həlak olmuş, 296 nəfər xəsarət almışdır ki, bu da 2021-ci il ilə müqayisədə həlak olanlar üzrə 16 nəfər və ya 31%, xəsarət alanlar üzrə 91 nəfər və ya 44% çoxdur.
Yanğınlara dair statistik məlumat
2022-ci il ərzində respublika ərazisində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2095 olmuşdur.
Yanğın hadisələri zamanı 51 nəfər həlak olmuş, 219 nəfər xəsarət almış, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 34%, xəsarət alanlar üzrə 74 nəfər və ya 70% çoxdur.
Yanğınlara çıxışlar
Partlayışlara dair statistik məlumat
2022-ci il ərzində respublika ərazisində 75 partlayış hadisəsi baş vermişdir ki, bu da 2021-ci il ilə müqayisədə 2 hadisə və ya 3% azdır. Partlayışlar zamanı 15 nəfər həlak olmuş, 77 nəfər xəsarət almış və 6 nəfər xilas edilmişdir.
Partlayışlar