Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Statistika

Statistika

2022-ci ilin 9 ayı üzrə statistik məlumat 02 noyabr 2022-ci il

Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumat

2022-ci ilin 9 ayı ərzində respublika ərazisində 14544 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 1313 hadisə və ya 10% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olmuş, 262 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 90 nəfər xilas edilmiş, 1033 nəfər təxliyə olunmuşdur.

 

 


 

Təbii mənşəli hadisələr                                  Texnogen mənşəli hadisələr

 

Təbii mənşəli hadisələr 

2022-ci ilin 9 ayı ərzində respublika ərazisində 83 təbii mənşəli hadisə qeydə alınmış, nəticədə 1 nəfər xilas edilmiş, 139 nəfər təxliyə olunmuşdur.

    

 

Texnogen mənşəli hadisələr 

2022-ci ilin 9 ayı ərzində respublika ərazisində 14461 texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 1370 hadisə və ya 10% çoxdur.

Cədvəldən göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olmuş, 262 nəfər xəsarət almışdır ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə həlak olanlar üzrə 22 nəfər və ya 65%, xəsarət alanlar üzrə 104 nəfər və ya 66% çoxdur.

Yanğınlara dair statistik məlumat

2022-ci ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1713 olmuşdur.

Yanğın hadisələri zamanı 42 nəfər həlak olmuş,178 nəfər xəsarət almış, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 18 nəfər və ya 75%, xəsarət alanlar üzrə 74 nəfər və ya 71% çoxdur.

 


 

Yanğınlara çıxışlar

 

 

Partlayışlara dair statistik məlumat

2022-ci ilin 9 ayı ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş vermişdir ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 10 hadisə və ya 18% azdır. Partlayışlar zamanı 14 nəfər həlak olmuş, 84 nəfər xəsarət almış və 2 nəfər xilas edilmişdir.



 

Partlayışlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu