

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Statistika
2023-cü ilin I yarımilliyi üzrə statistik məlumat 25 iyul 2023-cü il
Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumat
2023-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 7024 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 747 hadisə və ya 10% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 33 nəfər həlak olmuş, 138 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 17 nəfər xilas edilmiş, 2203 nəfər təxliyə olunmuşdur.
Təbii mənşəli hadisələr Texnogen mənşəli hadisələr
Təbii mənşəli hadisələr
2023-cü ilin I yarımilliyi ərzində ərzində respublika ərazisində 125 təbii mənşəli hadisə qeydə alınmış, nəticədə 5 nəfər həlak olmuş, 7 nəfər xəsarət almışdır.
Texnogen mənşəli hadisələr
2023-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 6899 texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 798 hadisə və ya 10% azdır.
Cədvəldən göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər həlak olmuş, 131 nəfər xəsarət almışdır ki, bu da 2022-ci ilin I rübü ilə müqayisədə həlak olanlar üzrə 17 nəfər və ya 38%, xəsarət alanlar üzrə 40 nəfər və ya 23% azdır. Nazirliyin xilasediciləri tərəfindən 14 nəfər xilas edilmiş, 478 nəfər təxliyə olunmuşdur.
Yanğınlara dair statistik məlumat
2023-cü ilin I yarımilliyi ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 791 olmuşdur.
Yanğın hadisələri zamanı 18 nəfər həlak olmuş, 94 nəfər xəsarət almış, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 51%, xəsarət alanlar üzrə 36 nəfər və ya 28% azdır.
Yanğınlara çıxışlar
Partlayışlara dair statistik məlumat
2023-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 25 partlayış hadisəsi baş vermişdir ki, bu da 2022-ci ilin I yarımilliyi ilə müqayisədə 13 hadisə və ya 34% azdır. Partlayışlar zamanı 10 nəfər həlak olmuş, 37 nəfər xəsarət almışdır.
Partlayışlar