

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Statistika
2018-ci ilin I yarımilliyi üzrə statistik məlumat 19 İyul 2018-ci il
Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumat
2018-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 6814 təbii və texnogen mənşəli hadisə baş vermişdir ki, bu da 2017-ci ilin I yarımilliyi ilə müqayisədə 1446 hadisə və ya 27% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 62 nəfər həlak olmuş, 118 nəfər xəsarət almışdır. Nazirliyin xilasediciləri tərəfindən 54 nəfər xilas edilmiş, 1047 nəfər təxliyə olunmuşdur.
Hadisələrin növü | Hadisələrin sayı(ədədlə) | İnsan tələfatı (nəfərlə) | Xəsarət alanlar (nəfərlə) | Xilas edilənlər (nəfərlə) |
Təxliyə olunanlar (nəfərlə) | |||||
2017 | 2018 | 2017 | 2018 | 2017 | 2018 | 2017 | 2018 | 2017 | 2018 | |
Təbii mənşəli hadisələr | 70 | 81 | - | - | - | - | 1 | 4 | 24 | 4 |
Texnogen mənşəli hadisələr. O cümlədən bunlardan: | 5298 | 6733 | - | - | - | - | - | - | - | - |
- yanğınlara çıxışlar. | 5244 | 6690 |
35 |
54 |
98 |
86 |
65 |
49 |
625 |
1043 |
- təhqiqatı aparılmış yanğınlar | 1027 | 1075 | ||||||||
- digər hadisələr | 54 | 43 | 13 | 8 | 63 | 32 | 1 | 1 | - | - |
C ə m i: | 5368 | 6814 | 48 | 62 | 161 | 118 | 67 | 54 | 649 | 1047 |
Təbii mənşəli hadisələr Texnogen mənşəli hadisələr
Təbii mənşəli hadisələr
2018-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 81 təbii mənşəli hadisə qeydə alınmış, insan tələfatı olmamışdır. Hesabat dövründə təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 18 nəfər təxliyə olunmuşdur.
Təbii mənşəli hadisələr | Hadisələrin sayı(ədədlə) | Xilas edilənlər (nəfərlə) | Təxliyə olunanlar (nəfərlə) | |||
2017 | 2018 | 2017 | 2018 | 2017 | 2018 | |
Təhlükəli meteoroloji və aqrometeoroloji hadisələr: | 20 | 40 | - | - | - | 14 |
- güclü küləklər | 6 | 18 | - | - | - | - |
- yağıntılar | 14 | 16 | - | - | - | 14 |
- güclü duman | - | 5 | - | - | - | - |
- bərk isti | - | 1 | - | - | - | - |
Təhlükəli hidroloji hadisələr: | 3 | - | - | - | 24 | - |
- daşmalar | 1 | - | - | - | 1 | - |
- subasma | 2 | - | - | - | 23 | - |
Təhlükəli geoloji hadisələr: | 2 | 9 | 1 | 4 | - | 4 |
- vulkan püskürmələri | - | 3 | - | - | - | - |
- torpaq sürüşmələri | - | 2 | - | - | - | - |
- sellər | - | 4 | - | 4 | - | 4 |
- uçqunlar | 2 | - | 1 | - | - | - |
Təhlükəli geofiziki hadisələr (zəlzələlər) | 45 | 32 | - | - | - | - |
Cəmi: | 70 | 81 | 1 | 4 | 24 | 18 |
Texnogen mənşəli hadisələr
2018-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 6733 texnogen mənşəli hadisə qeydə alınmışdır ki, bu da 2017-ci ilin I yarımilliyi ilə müqayisədə 1435 hadisə və ya 27% çoxdur.
Texnogen mənşəli hadisələr | Hadisələrin sayı (ədədlə) |
İnsan tələfatı (nəfərlə) |
Xəsarət alanlar (nəfərlə) |
Xilas edilənlər (nəfərlə) |
Təxliyə olunanlar (nəfərlə) |
|||||
2017 | 2018 | 2017 | 2018 | 2017 | 2018 | 2017 | 2018 | 2017 | 2018 | |
Yanğınlara çıxışlar. O cümlədən: - təhqiqatı aparılmış yanğınlar |
5244 | 6690 | 35 | 54 | 98 | 86 | 65 | 49 | 625 | 1043 |
- təhqiqatı aparılmış yanğınlar | 1027 | 1075 | ||||||||
Partlayışlar | 47 | 37 | 11 | 8 | 58 | 32 | 1 | - | - | - |
Partlamamış silah-sursatların aşkarlanması | 6 | 4 | - | - | - | - | - | - | - | - |
Binaların zədələnməsi, zədələnmə təsirindən dağılması və qəflətən uçması | 1 | 2 | 2 | - | 5 | - | - | 1 | - | - |
C ə m i: | 5298 | 6733 | 48 | 62 | 161 | 118 | 66 | 50 | 625 | 1043 |
Cədvəldən göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 62 nəfər həlak olmuş, 118 nəfər xəsarət almışdır ki, bu da 2017-ci ilin I yarımilliyi ilə müqayisədə həlak olanlar üzrə 14 nəfər və ya 29% çoxdur, xəsarət alanlar üzrə 43 nəfər və ya 27% azdır.
Yanğınlara dair statistik məlumat
2018-ci ilin I yarımilliyi ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1075 olmuşdur.
Yanğınların növü | Yanğınların sayı (ədədlə) | İnsan tələfatı (nəfərlə) | Xəsarət alanlar (nəfərlə) | |||
2017 | 2018 | 2017 | 2018 | 2017 | 2018 | |
Təhqiqatı aparılmış yanğınlar. O cümlədən: | 1027 | 1075 | 35 | 54 | 98 | 86 |
- yaşayış binalarında yanğınlar | 809 | 748 | 32 | 24 | 74 | 64 |
- açıq sahələrdə yanğınlar | 26 | 65 | - | - | - | 4 |
- meşə və meşə talalarında yanğınlar | 1 | 2 | - | - | - | - |
- nəqliyyat vasitələrində yanğınlar | 153 | 167 | - | - | 6 | 6 |
- digər yanğınlar | 38 | 93 | 3 | 30 | 18 | 12 |
Yanğın hadisələri zamanı 54 nəfər həlak olmuş, 86 nəfər xəsarət almış, bu da ötən ilin I yarımilliyi ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 54% çoxdur, xəsarət alanlar üzrə 12 nəfər və ya 12% azdır.
Yanğınlara çıxışlar
Partlayışlara dair statistik məlumat
2018-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 37 partlayış hadisəsi baş vermişdir ki, bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə və ya 21% azdır. Partlayışlar zamanı 8 nəfər həlak olmuş, 32 nəfər xəsarət almışdır.
Hadisələrin növü | Hadisələrin sayı (ədədlə) | İnsan tələfatı (nəfərlə) | Xəsarət alanlar (nəfərlə) | Xilas edilənlər (nəfərlə) | ||||
2017 | 2018 | 2017 | 2018 | 2017 | 2018 | 2017 | 2018 | |
Fərdi evlərdə partlayışlar | 31 | 17 | 8 | 2 | 35 | 19 | - | - |
Fərdi evin yardımçı tikililərində partlayışlar | - | 1 | - | 1 | - | - | - | - |
Çoxmənzilli yaşayış binalarında partlayışlar | 14 | 11 | 2 | 1 | 15 | 5 | 1 | - |
Sosial-məişət və mədəniyyət təyinatlı binalarda partlayışlar | 1 | 4 | - | 4 | 5 | 2 | - | - |
İstehsalat obyektlərində partlayışlar | - | 2 | - | - | - | 5 | - | - |
Sənaye neft-qaz boru kəmərlərində partlayışlar | - | 1 | - | - | - | 1 | - | - |
Anbarlarda və bazalarda partlayışlar | - | 1 | - | - | - | - | - | - |
Yük avtonəqliyyat vasitələrində patrlayışlar | 1 | - | 1 | - | 3 | - | - | - |
Cəmi | 47 | 37 | 11 | 8 | 58 | 32 | 1 | - |
Partlayışlar